This is a specific ad

“Biz ölkəmizi qorumalıyıq, bunu başqa heç kəs etməyəcək”-Kaxa Kaladze

29

Another advertisement

“Tramp Amerika əhalisinin əksəriyyəti tərəfindən seçilib və o, şübhəsiz ki, Amerikanın maraqlarını qoruyacaq – biz ölkəmizi qorumalıyıq – nə Tramp, nə də heç bir Avropa ölkəsinin nümayəndəsi burada bizim etməli olduğumuz işi görməyəcək”.

QafqazTürk Media xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyası ilə Gürcüstan hökuməti arasında razılığın olduğu bir çox istiqamətlər var.

“Bu gün demək olar ki, biz eyni platformadayıq. Trampın komandasının üzvlərindən eşitdiyimiz ifadələr, məsələn, ailənin qadın-kişi münasibətlərindən ibarət olması və mühafizəkar münasibət,  yanaşmalar, şübhəsiz ki, bizim üçün də önəmlidir. Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi ilə bağlı da şəffaflıq olsun, bununla bağlı qanun qəbul etdik. Razılığa gələn bir çox istiqamətlər var. Bununla belə, mən çox ümid edirəm ki, Trampdan eşitdiyimiz açıqlamalara əsasən “Dərin Dövlət”i məğlub etmək üçün hər şeyi edəcək. Bu çox vacibdir. Biz bu barədə ötən aylarda açıq danışmışıq və bütün bunlar barədə ictimaiyyətə ətraflı məlumat vermişik. Bu “Dərin Dövlət”, “Qlobal Müharibə Partiyası” nədir, onun nə təsirləri var, necə idarə olunur, necə işləyir. Əgər o, buna qalib gələ bilsə, bu bizim üçün də vacibdir.

O ki qaldı ölkəmizə, ölkəmizin inkişafının tərəqqisinə, hər şey bizdən, xalqdan və ölkəmizin xalqının seçdiyi hakimiyyətdən asılıdır. Ölkəmizin mənafeyini qorumalıyıq. İnsanlar niyə bizi dəstəklədilər? Çünki ölkəmizin maraqlarını güdmək lazımdır. Tramp Amerika əhalisinin əksəriyyəti tərəfindən seçilib və o, şübhəsiz ki, Amerikanın maraqlarını daşıyacaq. Nə Tramp, nə də heç bir Avropa ölkəsinin nümayəndəsi burada bizim üzərimizə düşəni etməyəcək. Biz ölkəmizi qorumalıyıq”, – Kaladze vurğulayıb.

Sonrakı yazı
Vaketilidə Mixail Kavtaradzenin ölümünə səbəb olan Davit Qoqidzedən iddia: Polislər alçaldıcı rəftar edirdilər
Öncəki yazı
“Gürcüstan tezliklə Avropa qapısına daxil olacaq”-Kaladze