This is a specific ad

“Biz Həsən Nəsrullahı məhv etdik və onu əvəz edən hər kəsi məhv edəcəyik”-Benyamin Netanyahu

285

Another advertisement

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin ötən həftənin cümə axşamı Beyruta endirdiyi hava hücumu nəticəsində “Hizbullah”ın keçmiş lideri Həsən Nəsrullahı əvəz edəcək olan Haşim Səfyəddini öldürdüyünü təsdiqləyib.

“İsrail “Hizbullah”ın imkanlarını azaldıb: biz minlərlə terrorçunu məhv etdik, o cümlədən Nəsrullahın özünü və Nəsrullahın xələfini. Bu gün “Hizbullah” uzun illərdən bəri olduğundan daha zəifdir”, – deyə İsrailin baş naziri bildirib.

Baxmayaraq ki, Haşim Səfiyəddin Nəsrullahın xələfi hesab olunurdu, Netanyahu, İsrail tərəfindən məhv edildiyini söylədiyi Həsən Nəsrullahın heç bir xələfinin dəqiq adını çəkməyib.

İsrail sentyabrın 27-də Beyruta hava hücumu zamanı Həsən Nəsrullahı öldürüb. Bundan əlavə, məlumatlara görə, oktyabrın 3-də İsrailin Beyrutu bombalaması nəticəsində “Hizbullah”ın idarə heyətinin rəhbəri, qruplaşmanın siyasi işlərinə nəzarət edən və Nəsrullahın xələfi hesab edilən Haşim Safyəddin öldürülüb.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Gürcü arzusu” nu dəstəkləyən tədbirlər davam edir
Öncəki yazı
Azərbaycan Milli Məclisinin deputatları ABŞ-la müqavilələrin ləğvini və USAİD-in layihələrinin dayandırılmasını tələb edirlər