Another advertisement
Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrel Gürcüstanın getdikcə Avropa İttifaqından uzaqlaşdığını bildirir.
“Biz Gürcüstanın Avropa İttifaqından uzaqlaşan trayektoriyasından getdikcə daha çox narahat oluruq”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Borrel Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin sammitindən sonra keçirilən mətbuat konfransında çıxışında bildirib.
Verilən məlumata əsasən, görüşdə Gürcüstanda mövcud vəziyyət müzakirə olunub və müzakirə hakim partiyanın son vaxtlar atdığı addımlar və bəyanatlarla bağlı olub.
“Biz həmçinin Gürcüstanda mövcud olan vəziyyəti qısaca müzakirə etdik, burada ölkənin Avropa İttifaqından uzaqlaşan xətti bizi getdikcə daha çox narahat edir” – deyə Jozef Borrel qeyd edib.