This is a specific ad

Biz artıq Zurabişvilini prezidentliyə layiq görmürük, o getməlidir – Kobaxidze

8

Another advertisement

Gürcüstanın Konstitusiya Məhkəməsində keçirilən iclasda hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, impiçmentin yekun məqsədi Salome Zurabişvilinin prezident postundan getməsidir.

“İmpiçment prosedurunun başlanması siyasi qərardır. BIz 2022-ci ildə də siyasi bəyanat verdik ki, Gürcüstan prezidenti Gürcüstan Konstitusiyasını pozub. 2022-ci ilin aprelində, səhv etmirəmsə, səfərlərə razılıq almaq üçün hökumətə müraciət etdi, ondan imtina edildi və prezident yenə də müvafiq səfərləri həyata keçirdi, lakin biz o zaman bu siyasi qərarı qəbul etməmişdik çünki, müəyyən mərhələdə bu təcrübəni dəyişib və müəyyən müddət ərzində konstitusiyanı pozmamışdı. Onunla məsləhətləşmələr aparılıb və sonradan müəyyən səfərlərə razılıq verilib. Lakin siyasi qərar yalnız prezidentin Gürcüstan Konstitusiyasını pozması sistemli xarakter aldıqdan sonra qəbul edilib.

İmpiçment qaldırdığınız zaman, bizim nöqteyi-nəzərimizdən, bu o deməkdir ki, biz artıq Salome Zurabişvilini prezidentliyə layiq görmürük.

Kobaxidze prezidentin impiçmenti ilə bağlı təqdimatlarına baxılmasının bərpa olunduğu Konstitusiya Məhkəməsində bildirib. Hakim Eva Qotsiridze Kobaxidzedən impiçment proseduruna başlamaq üçün “Gürcü Arzusu”nun motivasiyasının nə olduğunu soruşub.

“Biz əvvəlcədən demişdik ki, 100 səs gözləmirik. Bizdə əsaslı ehtimal var ki, xanım Salome Zurabişvili müxalifətdən dəstək qazanmaq ümidi ilə Gürcüstan Konstitusiyasını pozur. Konstitusiya Məhkəməsi Konstitusiyanın pozulması ilə bağlı parlamentə müsbət rəy verəcəyi təqdirdə, bütün aidiyyatı deputatlar prezidentin impiçmentini dəstəkləyəcəklər. Bu, bizim siyasi niyyətimizdir”, – Kobaxidze bildirib.

Konstitusiya Məhkəməsi prezidentin impiçmenti ilə bağlı rəyini oktyabrın ortalarına kimi hazırlayacaq. Məhkəmə prezidentin konstitusiyanı pozduğunu təsdiqləsə, prezidentin vəzifədən kənarlaşdırılması üçün parlamentin 100 deputatının səsi lazımdır ki, bu da “Gürcü Arzusu”nda yoxdur. Parlament müxalifətinin bir hissəsi isə prezidentin impiçment prosedurunun başlanmasını ölkənin Avropaya inteqrasiyasına maneə və təxribat kimi qiymətləndirir və bunu dəstəkləmir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstan parlamenti “Məclislər və nümayişlər haqqında” qanuna dəyişiklikləri sürətlə nəzərdən keçirir
Öncəki yazı
Zelenski: “Ukrayna qanunda dəyişiklik edə bilsə, o zaman seçkilər keçiriləcək”