This is a specific ad

“Biz ABŞ-ın dövlət katibi Entoni Blinkenin ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyəti təhrif edən bəyanatını qətiyyətlə pisləyirik”-Azərbaycanın Xarici İşlər Nazirliyi

36

Another advertisement

“Biz ABŞ-ın dövlət katibi Entoni Blinkenin ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyəti təhrif edən və Azərbaycanın məhkəmə proseslərinə müdaxilə məqsədi daşıyan qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib.

“Təəssüf ki, son 4 ildə Entoni Blinkenin rəhbərliyi ilə ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə qarışması nəticəsində qeyd olunan dövr Azərbaycan ilə ABŞ arasında seçilən münasibətlər üçün itirilmiş illər hesab edilir. Məlumdur ki, Entoni Blinkenin ölkəmizdə insan hüquqlarının müdafiəsi vəziyyəti ilə bağlı ikili standartları ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətini iflic edib. Ümid edirik ki, Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlıq münasibətləri yeni administrasiya dövründə bərpa olunacaq”, – bəyanatda deyilir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı repressiyaların artmasından dərin narahatdır.

Kateqoriya: Cəmiyyət, Dünya, Siyasət
Sonrakı yazı
Marneulili gənclər taekvondo üzrə Gürcüstan çempionatında on medal qazanıblar
Öncəki yazı
მარნეულელი ტაეკვონდოისტების წარმატება საქართველოს ჩემპიონატზე