• 14 Mart 2025 09:54

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Bizə “Nürnberq prosesi” lazımdır – İrakli Kobaxidze

ByTürkan Şahverdova

Fev 5, 2025
Another advertisement

Bizə “Nürnberq prosesi” lazımdır ki, Gürcüstan heç vaxt 2004-2012-ci illərdəki öz qaranlıq keçmişinə qayıtmasın.

QafqazTürk Media xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Heç kim ölkəmizi 2012-ci ildən əvvəl fəaliyyət göstərən rejimə qaytarmamalıdır. Bu, kənardan idarə olunan qanlı rejim idi, onun cinayətləri dəqiqliklə Parlamentin İstintaq Komissiyası çərçivəsində araşdırılacaq”, – Kobaxidze vurğulayıb.

Qeyd edək ki, “Nürnberq prosesi” İkinci Dünya müharibəsinin qalib müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945–1949-cu illərdə qurduqları məhkəmədir.