Another advertisement
“Bizə həmişəkindən daha çox Avropa və daha çox NATO lazımdır”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Koreya Respublikasındakı səfiri Taraş Papaskua sosial şəbəkədə yazır.
Onun sözlərinə görə, Gürcüstanın daha çox həmrəyliyə və azad dünyanın yanında durmağa ehtiyacı var.
“Bu gün Rusiya:
Ölkəmizin 20%-ni işğal etməyə davam edərkən;
Ukraynaya qarşı dağıdıcı müharibə apararkən;
Avropaya, demokratik dünyaya və qlobal təhlükəsizliyə qarşı mübarizə apararkən…
Bizə həmişəkindən daha çox Avropa və NATO lazımdır;
Bizə daha çox həmrəylik və azad dünyanın yanında olmaq lazımdır!