Another advertisement
QafqazTürk.com xəbər verir ki,Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, 2023-cü ilin iyul ayı bəşər tarixində ən isti aydır.
Birləşmiş Millətlər Təşkilatı yanında Ümumdünya Meteorologiya Təşkilatının statistikasına əsasən, indiyədək 2019-cu ilin iyul ayı bəşəriyyət tarixində ən isti ay hesab olunurdu, baxmayaraq ki, bu ilin iyul ayı əvvəlki rekorddan 0,2 dərəcə yüksək olacaq.
Təşkilatın məlumatına görə, 1900-cü illərdən etibarən planetdə qlobal temperatur Selsi üzrə 1,5 dərəcə artıb. Onların fikrincə, temperaturun artması iqlim fəlakətlərinin sayını kəskin artırır.