This is a specific ad

Birinci sinif şagirdlərinin məktəbə qəbulu üçün yaş həddi dəyişəcək

300

Another advertisement

2025-ci il yanvarın 1-dən birinci sinif şagirdlərinin məktəbə qəbulu üçün yaş həddi dəyişəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə təhsil naziri Qiorqi Amilaxvari açıqlama verib.

Belə ki, 2025-2026-cı tədris ili üçün dekabrın 31-dək 6 yaşı tamam olan şagirdlər I sinfə qeydiyyatdan keçə biləcəklər.

“Ümumi təhsil haqqında” qanuna əsasən dəyişiklik 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üçün dekabrın 1-dək 6 yaşı tamam olan uşaqlar I sinfə qeydiyyatdan keçə bilərdilər.

Bundan başqa, 2025-ci ildən məktəblərdə orta təhsil səviyyəsi bir il artaraq 4 il olacaq, orta təhsil səviyyəsi isə mövcud 3 il deyil, 2 il olacaq.

Belə ki, ibtidai səviyyə 6 il – I-VI siniflər; Əsas 4 il – VII-X siniflər;
Orta təhsil 2 il – XI və XII siniflər olacaq.

Dəyişikliyə əsasən, baza səviyyəsini keçmək üçün şagird 9-cu sinfi (əvvəlki kimi) yox, 10-cu sinfi bitirməlidir.

“Ümumi təhsil haqqında” qanuna əsasən, dəyişikliklər 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Ümumi təhsilin baza səviyyəsinin müddətinin dəyişdirilməsi 2024-2025-ci tədris ilində IX sinifdə oxuyacaq şagirdlərə də təsir edəcək.

Qanunda qeyd olunub ki, 2024-2025-ci dərs ili də daxil olmaqla, ümumi təhsil səviyyəsinin X sinfində şagirdlik statusu dayandırılmış və 2025-2026-cı tədris ilindən bu statusu bərpa edilmiş şagirdlər təhsillərini ümumi təhsil səviyyəsinin XI sinfində davam etdirəcəklər.

2024-2025-ci tədris ilində ümumi təhsil səviyyəsinin X sinfi üçün milli kurikulumla müəyyən edilmiş nailiyyət səviyyəsini aşa bilməyən şagirdlər təhsillərini 2025-2026-cı tədris ilində
ümumtəhsil səviyyəsinin XI sinfində davam etdirəcəklər.

Kateqoriya: Cəmiyyət, Təhsil
Sonrakı yazı
Aİ Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
Öncəki yazı
Sinqapur şirkəti: Orta dəhlizi “yaşıl yol”a çevirmək istəyirik