Another advertisement
Qurcaani bələdiyyəsində baş verən qəzada bir ailənin 3 üzvü həlak olub. Hadisə rayonun Axaşen kəndində gecə saatlarında baş verib.
Ana, ata və onların 4 yaşlı övladı qəza nəticəsində dünyasını dəyişib.
Qafqaztürk.com xəbər verir ki, yerli sakinlərin dediyinə görə, gənc oğlan arvadı və iki azyaşlı uşağı ilə birlikdə avtomobillə evə gedərkən traktorlar toqquşub.
Toqquşma o qədər güclü olub ki, ər-arvad və onların 4 yaşlı övladı yerindəcə ölüb, digər yeniyetmə isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.