Bir xalqın bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir və yaşadır. Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum olaraq zamanın sınaqlarından keçərək dilimizi, milliliymizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə gedər gətirib çıxarmışıq.
Dərin tarixi kökləri olan öz dilimiz, öz tariximiz, öz mədəniyyətimiz var. 50 milyondan çox həmvətənlərimizin danışdığı bu dil dünyaya şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil ilə tanımışıq ədəbiyyatımızı, kimliyimizi. Bu dil müqəddəsdir, doğmadır anamız kimi, Vətənimiz kimi. Gürurumuz, fəxrimizdir dilimiz. Nəsimilərin, Füzulilərin, Xətailərin, Sabirlarin dilidir bu dil.
Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən, uzaq tariximizi bu gün də yaşatmağa kömək edən bir dildir.
Ana dili bizim həyatımız, inamımız, dünənimizdən sabahımıza imza salan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz ulu babalarımızdan miras galmış bu ən qiymətli milli sərvəti göz bəbəyi kimi qorumaqdır. Bizim Ana dilimiz türk dilləri ailəsinin oğuz qoluna aiddir.Oguz grupunda ana dilimizlə yanaşı türk, türkmən, salar və qaqauz dilləri də mövcuddur.
Məhəmmədhüseyn Şəhriyarin dili ilə deyək:
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında onun dövlət dili olarag yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi dilinin imzasını qoydu. Məhz ümummilli liderin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk Milli Konstitusiyaya Azərbaycan dili milli dil kimi daxil olub.
Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub.
Xalq şairi Bəxtiyar Vahabzadə “Ana dili” adlı şeirində dilimizin müqəddəsliyindən və onu mənəvi miras kimi qorumaqımızdan necə də gözəl bəhs edib:
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir birimizə əhd- peymanımızdir.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi
Bu dil acdadımızın bizə miras verdiyi,
Qiymətli xəzinədir onu gözlərimiztək,
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Ana dilimiz bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir,bizim milli və mənəvi sərvətimizdir,onu qoruyub saxlamaq bizim borcumuzdur.
Səmayə Ruqayeva
Kvemo Bolnisi 2 nömrəli ictimai məktəbinin 11-ci sinif şagirdi