This is a specific ad

Bir söz ətrafında fırfıra kimi fırlanmaq-Araşdırma

250

Another advertisement

Bir söz ətrafında fırfıra kimi fırlanmaq

Qafqaz Türk Medianın araşdırması

İstənilən dövlət öz dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.

Burası bəllidir.

Yəni Gürcüstanda Gürcüstan dövləti, Azərbaycanda Azərbaycan Respublikası və s. bu məlum təminatı verir.

Başqa sözlə, dilin təhrif edilməsinə yönələn hərəkətlərin qarşısı dövlət və qanun səviyyəsində alınır və ya buna çalışılır.

Məsələn, tərkibində olduğu Gürcüstanda Azərbaycan dili və ya Azərbaycan türkcəsi (yaxud erməni dili) dövlət dili deyil. Bu da təbiidir.

Bəs bu halda milli azlığın dilini təmsil olunduğu ölkədə kim qorumalıdır?

Cavab bəllidir: buradakı anadilli mətbuat və media; yazıçılar, şairlər, jurnalistlər…

Amma biz, bizə bəslənilən etimadı doğrulda bilirikmi?

Əgər biliriksə, onda niyə illərdir bircə ərəb əsilli, “Allah qoysa”, “Allah istəsə”, “Allah

deyən olsa” mənalarını verən “inşallah” sözü ətrafında mənasız debatlar, disskussiyalar açır, guya araşdırmalar aparır, qısası, arada-sırada fırfıra kimi fırlanırıq?

Bu sözü “İnşAllah” ya da “İnşəAllah” kimi yazanlar bunu, guya, hörmət əlaməti kimi qeyd edirlər. Amma ərəb dilinin özündə bununla bağlı heç bir qayda mövcud deyil. Çünki ərəb dilində böyük-kiçik hərf anlayışı yoxdur. Yəni hörmət dediyimiz, Allah sözünü böyük, ya da kiçik yazmaqla deyil.

Allaha olan əsl hörmət münasibət və davranışlarla göstərilməlidir!

Bu əhdin məsuliyyətini başa düşə bilməyimiz üçün İslam Peyğəmbərinin (s) bu kəlamına diqqət yetirməyimiz kifayət edər: “Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur”!

…Orfoqrafiya lüğətimizdə bu sözün yazılışı belədir: İnşallah.

Bu da ana dilimizdə yazan hər kəs üçün qanundur! Özü də birmənalı olaraq!

Və son olaraq tək bircə məqamı xatırlatmağı lazım bilirəm: Ana dilimizin “Orfoqrafiya lüğəti” Milli Elmlər Akademiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən   hazırlanmışdır.

O Nəsimi ki, dərisi Dili üstündə soyulmuşdu!

Gəlin, Ana sözlərimiz ətrafında fırfıra kimi deyil, pərvanələr kimi fırlanaq!

İbrahimxəlil

Kateqoriya: Araşdırma, Cəmiyyət
Sonrakı yazı
Rusiyanın Xarkova dron hücumunda Ukrayna Ali Məhkəməsinin hakimi dünyasını dəyişib
Öncəki yazı
Azərbaycan, İran və Rusiya elektrik sistemləri layihəsi üzrə danışıqlar aparırlar