Bir neçə ölkə “Taliban”a qarşı iddia qaldıra bilər

268

Another advertisement

Almaniya, Avstraliya, Kanada və Niderland Əfqanıstanda qadınlara qarşı ayrı-seçkiliyə görə Taliban hökumətinə qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıra bilər.

QafqazTürk Media bu barədə xarici mətbuata istinadla xəbər verir.

Bildirilib ki, Almaniya və bir sıra müttəfiq dövlət “Taliban”dan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edib.

“Almaniyanın xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Avstraliya, Kanada və Niderlanddan olan həmkarları ilə bu mövzuda məsləhətləşmələr aparmaq niyyətindədir. Müəyyən müddət ərzində heç bir addım atılmayacağı halda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət oluna bilər”, – məlumatda qeyd olunub.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Qiorqi Marqvelaşvili “Güclü Gürcüstan” siyasi birliyinə qoşulub
Öncəki yazı
Qəzzada ölən fələstinlilərin sayı 41 mini ötüb