This is a specific ad

Bir mələk yenə- Narin də bu dünyadan zamansız ayrıldı. Müəmmalı ölümün təfərrüatları…

499

Another advertisement

Son 20 gündə bütün Türkiyə telekanallarının gündəmini sarsan Narinin ölüm hadisəsi ilə bağlı sizi məlumatlandırmaq istəyirəm.

8 yaşlı Narin niyə və kim tərəfindən öldürüldü?

Onun ölümündən 19 gün sonra cəsədinin tapılması və bütün qohum-əqrabalarının göz altına alınması böyük bir faciədən xəbər verir.

Diyarbəkir vilayətinin Tavşantəpə məhəlləsində 21 avqustda yoxa çıxan və 8 sentyabrda evinin yaxınlığındakı Eğertutmaz Dərəsində ölü tapılan Narin yaşasa, 3-cü sinifə gedəcəkdi.

Narin necə tapıldı?

Diyarbəkirin qubernatoru Murat Zorluoğlu, əyalətin Təhlükəsizlik müdiri Fatih Kaya və əyalətin Jandarma Komandiri general-mayor Səlcuq Yıldırım ilə birlikdə avqustun 21-də Bağlar rayonunda itən Narin Güranın cansız cəsədinin tapılması ilə bağlı açıqlama verib.  Qubernator Zorluoğlu, “İlkin təsbitlərə görə, itkin düşən Narini Güranın öldürüldükdən sonra torbanın içinə salınaraq dərənin kənarına gətirildiyi, torba ilə birlikdə dərənin kənarında suya qoyulduğu aydın oldu. Onu ağac budaqları və daşlarla şübhə doğurmayacaq şəkildə örtmüş və təbii görünüş vermişdilər. Daha əvvəl axtarılan bütün ərazilərdə yenidən axtarışlar çərçivəsində, Eğertutmaz çayının bu bölgəsində yenidən axtarış aparıldı və itkin qızımızın cəsədi ekspert jandarma, JAK və JÖH qruplarımız tərəfindən tapıldı. “Allahdan qızımıza rəhmət, başımız sağ olsun”-deyə o qeyd etdi.

Narinin ölümündə şübhəli 24 nəfər göz altına alındı.

Saxlanılanlar arasında Narin Güranın anası, atası, iki böyük qardaşı və üç əmisi də var. Narinin bir əmisi də ötən həftə həbs olunub.

O da qeyd olunub ki, Narinin içində olduğu torbada başmaq və çanta aşkarlanıb.

Bütün Türkiyə Narin üçün ağlayaraq ədalət tələb edir.

Nəzarət altına alınan şübhəlilərdən birinin ifadəsi istiqamətində bəzi yeni məlumatlar ortaya çıxdı, şübhəlilərdən biri maşın ilə gələn muxtarın, yəni Narinin əmisinin  cəsədi ədyala sarılı şəkildə ona verdiyini açıqladı. Cəsədi muxtarla birlikdə torbaya qoyduqlarını, daha sonra muxtarın yanından uzaqlaşdığını söylədi. Həmin şəxs isə pul qarşılığında meyiti çayın kənarında gizlətdiyini bildirib.

Bəs Narinin ölümü haqqında autopsiya nəticələri nə deyir?

Məlumata görə, Narinin ölüm vaxtı ilə bağlı nəsə təxmin etmək mümkün olmayıb. İlkin yarılma araşdırmasında Narinin cansız bədənində kəsici-deşici əşyalar və ya silahlardan istifadə edilərək yaranan, gözlə görünən xəsarət izləri aşkar edilməyib.

Ekspertiza məqsədilə götürülən materialların bir hissəsi İstanbul ekspertizasına göndərilib və növbəti günlərdə cavab çıxacağı deyilir. Fakt üzrə araşdırmalar hələ də davam edir və əsl həqiqətin tezliklə üzə çıxmasına az qalıb.

11 saata yaxın davam edən yarılmadan sonra Narinin cansız cəsədi bu gün səhər saatlarında qardaşına təhvil verilib.

Ədliyyə Tibb Qurumundan götürülən Narin Güranın cansız cəsədi yuyulmaq üçün Yeniköy qəbiristanlığına aparılıb. Narinin cənazə Namazı qonşu Batı Karakoç kəndində qılınıb. Cənazəsinə ata-anasının qatılmasına icazə verilməyib.

Cənazə Namazına Diyarbəkir qubernatoru Murat Zorluoğlu, vilayətin Jandarma Komandiri general-mayor Səlcuq Yıldırım, Təhlükəsizlik Müdiri Fatih Kaya, AK Partiya vilayət sədri Raşit Ocak, siyasi partiya və QHT nümayəndələri və çox sayda vətəndaş qatılıb.

Bəs biz-insanlar nə vaxtdan bəri bu qədər vicdansız, insanlığını itirmiş, qəddar olduq axı?

Nə vaxta qədər susacağıq?

Biz ədalət mülkiyyətin təməlidir deməmişik?

Haqqın yerini tapacağına və lazım olan tədbirlərin görüləcəyinə inanırıq.

İtirməli olduğumuz Narinlər deyil, gələcəyimizə günəş kimi işıq saçacaq Narinlərimiz olmalıdır.

Odur ki, davamı üçün bizi izləmədə qalın!

Sonrakı yazı
Kvemo Kartli qubernatoru, Parlament deputatı və yerli özünüidarəetmə nümayəndələri Şulaveri inzibati vahidliyində yerli əhali ilə görüşüblər
Öncəki yazı
Yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var