Another advertisement
Cari ilin ilk səkkiz ayında ölkəyə 3,5 milyon dollar dəyərində qol və cib saatları idxal edilib.
QafqazTürk Media xəbər verir ki, bu göstərici 2023-cü ilin analoji dövrünün göstəricisindən bir qədər aşağı, 2022, 2021-ci illərin göstəricilərindən isə xeyli aşağıdır.
Məlumata əsasən, ötən ilin yanvar-avqust aylarında ölkə 3,7 milyon ABŞ dolları dəyərində saat alıb. 2022-ci ildə 4,4 milyon ABŞ dolları, 2021-ci ildə isə bu göstərici 4,3 milyon ABŞ dolları təşkil edir.
İdxalçı ölkələrin siyahısı –
- İsveçrə – 1 milyon ABŞ dolları (1,08 ton)
- Honq Konq – 891 970 USD (4,1 ton)
- Çin – 685,480 ABŞ dolları (29,6 ton)
- Birləşmiş Ərəb Əmirlikləri – 272,190 ABŞ dolları (5,8 ton)
- Almaniya – 237 290 ABŞ dolları (0,5 ton)
- İspaniya – 112 010 ABŞ dolları (0,3 ton)
- Polşa – 55,240 ABŞ dolları (0,3 ton)
- Avstriya – 52,260 ABŞ dolları (0,09 ton)
- Latviya – 40,810 ABŞ dolları (0,08 ton)
- Hollandiya – 30,490 ABŞ dolları (0,14 ton)