Bir il ərzində 4173 nəfərə readmissiya yolu ilə Aİ ölkələrindən Gürcüstana qayıtmaq icazəsi verilib

14

Bir il ərzində 4173 nəfərə readmissiya yolu ilə Aİ ölkələrindən Gürcüstana qayıtmaq icazəsi verilib.

Daha dəqiq desək, Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, 2024-cü ildə ümumilikdə 4196 readmissiya ərizəsinə baxılıb, onlardan yalnız 23-nə rədd cavabı verilib.

Maraqlıdır ki, 2537 vətəndaşın Gürcüstana qaytarılması ilə bağlı ən çox qərar Almaniyada qəbul edilib. Sonrakı yerdə isə Fransa (700); Yunanıstan (200); İsveçrə (148); İtaliya (91); Polşa (90); İrlandiya (66); İspaniya (58); Belçika (48); Böyük Britaniya (42); Avstriya (38); Hollandiya (37) və İsveçdir (25).

Xatırlatmaq istərdik ki, Gürcüstan və Avropa İttifaqı arasında “İcazəsiz Yaşayan Şəxslərin Readmissiyası haqqında Saziş” 2011-ci il martın 1-dən qüvvəyə minib. Müqavilə Avropa İttifaqının ərazisində qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşlarının Gürcüstana qaytarılmasını və  üçüncü ölkə vətəndaşlarının sazişlə müəyyən edilmiş şərtlər əsasında Gürcüstana qaytarılmasını nəzərdə tutur. Razılaşmaya uyğun olaraq, son təyinat dövlətinin sərhədinə qədər readmissiya və tranzitlə bağlı bütün nəqliyyat xərcləri sorğu edən dövlət tərəfindən ödəniləcək.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
“Traktor”un oyunları TRT-də yayımlansın – Türk mediası
Öncəki yazı
Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı hökm martın 17-də elan olunacaq