This is a specific ad

Biletsiz səyahətə görə yazılan cərimələrin məbləği artıb

229

Another advertisement

Cari – 2024-cü il yanvarın 1-dən 27 sentyabr 2024-cü il tarixədək hər üç növ bələdiyyə nəqliyyatı: metro, mikroavtobus və avtobusla biletsiz gediş-gəlişə görə ümumilikdə 79 883 cərimə tətbiq edilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Tbilisi Nəqliyyat və Şəhərsalma Agentliyi məlumat yayıb.

Məlumata görə,  cərimələrin məbləği 1 milyon 597 min 660 lari təşkil edir. Cari ildə ən çox – 58 844 cərimə avtobusla biletsiz səyahətə görə verilib.

Məlumat üçün bildirək ki, Tbilisidə bələdiyyə nəqliyyatı ilə biletsiz səyahətə görə 20 lari cərimə tətbiq edilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Yığılmış pensiyanı kim tam olaraq götürə bilər?-Daha detallı
Öncəki yazı
“Salome Zurabişvili hər gün konstitusiyanı pozur, seçicilərlə şəffaf olmaq üçün impiçment proseduruna başlamaq doğru addımdır” – Maya Bitadze