Another advertisement
Cari – 2024-cü il yanvarın 1-dən 27 sentyabr 2024-cü il tarixədək hər üç növ bələdiyyə nəqliyyatı: metro, mikroavtobus və avtobusla biletsiz gediş-gəlişə görə ümumilikdə 79 883 cərimə tətbiq edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Tbilisi Nəqliyyat və Şəhərsalma Agentliyi məlumat yayıb.
Məlumata görə, cərimələrin məbləği 1 milyon 597 min 660 lari təşkil edir. Cari ildə ən çox – 58 844 cərimə avtobusla biletsiz səyahətə görə verilib.
Məlumat üçün bildirək ki, Tbilisidə bələdiyyə nəqliyyatı ilə biletsiz səyahətə görə 20 lari cərimə tətbiq edilir.