This is a specific ad

Bidzina İvanişvili: “Siyasətə vəzifə üçün gəlməmişəm”

53

Another advertisement

Üç ildən sonra öz təşəbbüsümlə partiyanın fəxri sədri kimi siyasi həyata qayıdıram – mən siyasətə vəzifə üçün gəlməmişəm“.

QafqazTürk.com xəbər verir ki, bunu “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişvili partiyanın qurultayında deyib.

İvanişvili çıxışında siyasətə girmək, sonra isə siyasətdən getmək barədə ilk qərarını və bunun səbəblərini xatırladıb.

Düz 3 il əvvəl aktiv siyasi proseslərdən uzaqlaşmaq qərarımla bağlı ictimaiyyəti məlumatlandırdım. İndi də üç ildən sonra partiyanın fəxri sədri kimi öz təşəbbüsümlə yenidən siyasi həyata qayıdıram. Mən həyatda dürüstlüyə xüsusi önəm verirəm, ona görə də qərarımın səbəbini insanlara səmimi şəkildə izah etmək istəyirəm. Bildiyiniz kimi, siyasi fəaliyyət mənim xarakterimdə deyil. Hər kəsin yadındadır ki, mən hələ 2012-ci il seçkiləri öncəsi seçkilərdə qalib gələndən sonra çox tez siyasətdən getmək niyyətimi ictimaiyyətlə bölüşmüşdüm. O vaxtlar çoxları üçün inanılmaz idi, amma siz də xatırlayırsınız ki, 2013-cü ilin sonunda mən sözümü tutdum, dünya siyasəti tarixində görünməmiş bir qərar verdim və özüm hökumətin başçısı postundan getdim. Xatırlatmaq istərdim ki, mən siyasətə vəzifə üçün gəlməmişəm. Atdığım addımın daha çox ölkənin və xalqın mənafeyinə xidmət edəcəyinə inanaraq siyasətə gəlməyə qərar verdim. Mən missiyamı başa vurduğuma və cinayətkarların heç vaxt hakimiyyətə qayıtmaq ehtirası olmayacağına inanaraq bir il ərzində siyasətdən getdim“, – deyə B.İvanişvili bildirib.

Xatırladaq ki, “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvili siyasətə qayıdıb. O, “Gürcü arzusu” konqresinin fəxri sədri seçilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
ბიძინა ივანიშვილი – სამი წლის შემდეგ, ჩემივე ინიციატივით, პარტიის საპატიო თავმჯდომარის სტატუსით პოლიტიკურ ცხოვრებას ვუბრუნდები – პოლიტიკაში თანამდებობისთვის არ მოვსულვარ
Öncəki yazı
ბიძინა ივანიშვილი პოლიტიკაში დაბრუნდა