Bidzina İvanişvili Londonun “Christie’s” hərracında satışa çıxarılan İoane-Zosimenin nadir əlyazma kitabını satın alıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun Kommunikasiya Şöbəsinin rəhbəri Qiorqi Qrdzelişvili sosial şəbəkədə yazıb.
Məlumata görə, sözügedən əlyazma üçün 1 milyon sterlinq ödəyib və əlyazmanı Milli Muzeyə hədiyyə edəcək.
Qeyd edək ki, əlyazma xristian Fələstinin aramey dilində tərtib edilmiş ən mühüm fraqmentlərdən biridir. Melkian xristian icması Qərbi Aramey ləhcəsindən V-VIII əsrlərdə Fələstində və Trans-İordaniyada istifadə edirdi. Yalnız bir neçə yazı ( kitabə), palimpsestlərdə (səhifələri yuyulduqdan sonra təkrar yazı materialı kimi istifadə edilmiş əlyazmalar) və əlyazmalarda qorunub saxlanılır. Əlyazma İncilin ən qədim mətnlərini aramey dilinin ən yaxın dialektində – İsanın ləhcəsində ehtiva edir.