Another advertisement
“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili baş nazirliyə namizəd olmayacağını deyib.
QafqazTürk.com xəbər verir ki, Bidzina İvanişvili bu barədə “Gürcü Arzusu”nun qurultayından sonra jurnalistlərə müsahibəsində bildirib.
“Mən baş nazir vəzifəsinə namizəd olmayacağam. Baş nazir dəyişməyəcək”, – deyə İvanişvili bildirib.
İvanişvili qayıtdıqdan sonra partiyada və ya hökumətdə dəyişikliklər gözlənilirmi sualına isə “belə bir şey nəzərdə tutulmayıb” deyə cavab verib.