Another advertisement
Bidzina İvanişvili ilə Amerika Birləşmiş Ştatlarının səfiri Robin Danniqan arasında görüş seçkilərdən sonra keçiriləcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib.
İvanişvilinin qeyd etdiyinə görə, Sinqapur məhkəməsində qalib gəldikdən sonra o, Amerika səfiri ilə əlaqə saxlayıb və görüş istəyib.
Onun sözlərinə görə, görüş seçkilərdən sonra baş tutacaq.