Bu gün Gürcüstanda fəaliyyət göstərən Türkiyənin beynəlxalq “Maarif” məktəblərinin Tbilisidəki nümayəndə heyəti Gürcüstan Azərbaycanlıları Konqresinin qonağı oldular.
QafqazTürk Media xəbər verir ki, çay masası arxasında baş tutan görüşdə gələcəkdə həyata keçirilməsi mümkün olan bir neçə layihələr müzakirə olundu, eləcə də Gürcüstan və Türkiyə arasında əlaqələrə diqqət yetirildi.
Bundan başqa GAK sədri Hüseyn Yusubov Maarif okullarının Gürcüstanda təhsil sferasındakı roluna diqqət çəkərək nümayəndə heyətinə bu istiqamətlə verdikləri töhfələrə görə minnətdarlığını bildirdi.
Türkiyenin Beynəlxalq Marrif okullarının Tbilisidəki təmsilçisi, genel müdür Prof. Dr. Faruk Tekşen, “Maarif” okullarının Marneulidəki filialının müdürü Murat Kördemir, İctimai əlaqələr şöbəsinin müdiri Leyla Əlieva, İnsan resursları şöbə müdirləri İrakli Artmelaze və Maliyyə şöbəsinin müdiri Salman Himmetoğlu baş tutan məhsuldar görüşə görə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubova təşəkkür etdilər.