Another advertisement
BVF Gürcüstanın iqtisadi artım proqnozunu 0,2% yaxşılaşdırıb. Bu vaxtadək təşkilat 6% artım gözləyirdi.
Beynəlxalq Valyuta Fondu (BVF) Gürcüstan iqtisadiyyatının bu il 6,2%, gələn il isə 4,8% artacağını proqnozlaşdırır.
Son proqnoza görə, Gürcüstanda istehlak qiymətlərinin artım tempinin bu il 2,4%-ə, gələn il isə 2,7%-ə yüksələcəyi gözlənilir.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, işsizlik bu il 18,4%, 2024-cü ildə isə 18,6% təşkil edəcək.
Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə, bu il və gələn il qlobal iqtisadiyyat 3% artacaq.