This is a specific ad

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə elmi praktik konfrans keçiriləcək

50

Another advertisement

23-25 ​​iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə ənənəvi elmi praktik konfransın 5-cisi keçiriləcək.

QafqazTürk xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasına həsr edilib.

“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi dünyanın müxtəlif ölkələrinin iqtisadiyyat və idarəetmə sahəsində çalışan tədqiqatçılarını beşinci dəfə bir araya gətirmək üçün “İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı”nı (ISCEMR) təşkil edir. Bu Konfransın keçirilməsində əsas məqsəd elmlərarası tədqiqatların inkişafının dəstəklənməsi, elmin müasir inkişaf meyilləri üzrə fikir mübadiləsinin aparılmsı, təcrübə paylaşımı, tədqiqatların əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi, eləcə də elmi əməkdaşlıq əlaqələrinin qurulması və qurmağa başladığımız beynəlxalq elmi platformanın inkişafı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan və əsas şüarı “Bir əsrin iqtisadi nəticələri” olan V konfransımız Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 22-25 iyun 2023-cü il tarixlərində, Bakı şəhərində, Heydər Əliyev Mərkəzində keçiriləcək.
KONFRANSIN TARİXLƏRİ
Tam Mətn Məruzələrin Göndərilməsi Üçün Son Tarix 21.04.2023
Qəbul Olununmuş Məruzələrin Elanı Üçün Son Tarix 28.04.2023
Konfrans Proqramının Elan Olunması 10.05.2023
Konfrans Tarixləri 22-25.06.2023

ƏTRAFLI MƏLUMAT ÜÇÜN: https://conferences.az/AZ

Konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət edilən tədqiqatçıların və peşəkar mütəxəssislərin iştikrakı ilə müxtəlif aktual mövzularda workshoplar təşkil olunacaq, məruzələr ediləcək. Konfransın Elm Komitəsi tərəfindən qəbul olunan məqalələrin nəşr edilməsi və beynəlxalq akademik platformalarda indekslənməsi nəzərdə tutulur.
Sizləri böyük məmnuniyyətlə konfransımızda iştirak etməyə dəvət edir və hər birinizə uğurlar arzulayırıq”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Baş nazir: “Gürcüstanın ukraynalaşdırılması planı iflasa uğrayıb”