This is a specific ad

“Beşiktaş”dan Azərbaycan dilində paylaşım: “Can qardaş!”

9

Another advertisement

Türkiyənin “Beşiktaş” futbol klubu “Sabah” komandasının onları xeyriyyə matçı üçün Bakıya dəvət etməsi ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.

QafqazTürk.com xəbər verir ki, “Beşiktaş” sosial media hesablarında etdiyi paylaşımda “Sabah”ın dəvətini qəbul etdikləri bildirilib.

“Beşiktaş” “Sabah”ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:

“Salam, can qardaş,
Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”.

Kateqoriya: İdman
Sonrakı yazı
II Avrasiya İqtisadi Forumu Moskvada keçiriləcək
Öncəki yazı
“Vaqner”muzdlu hərbi təşkilatı mayın 10-da Baxmutdan çıxacaq