“Beşiktaş” – “Atletiko” xeyriyyə matçı keçiriləcək

0

“Beşiktaş” və “Atletiko” (Madrid) arasında yoldaşlıq oyunu keçiriləcək.

QafqazTürk xəbər verir ki, oyundan əldə olunan gəlir Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım məqsədilə ianə ediləcək.

Məlumata görə, İspaniya klubunun sahibi və baş icraçı direktoru Migel Anhel Gil Marin “Doğuş” qrupunun sədri və icraçı direktoru Ferit Şahenkə zəng edərək əməkdaşlıq təklif edib. Danışıqlardan sonra iki klub arasında yoldaşlıq görüşünün keçirilməsi və matçdan əldə olunan gəlirin zəlzələdən zərərçəkənlərə bağışlanması qərara alınıb.

Matç Türkiyə Futbol Federasiyası ilə də razılaşdırılıb.

“Türkiyə üçün birlikdə” devizi ilə oynanılacaq qarşılaşma aprelin 12-də “Vodafone Park”da baş tutacaq.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Malatya yenə silkələndi
Öncəki yazı
Günlük ulduz falı – 07.04.2023