Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nigeriya, İraq, Pakistan, Türkiyə və Ərəb Respublikasının ümumilikdə 5 vətəndaşı həbs edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, saxlanılan şəxslərin hüquqi əsas olmadan ölkə ərazisində olması müəyyən edilib.
“Onlar ölkədən könüllü getməyi nəzərdə tutan müddətlərdən istifadə etməyiblər. Nəticədə adıçəkilən şəxslərin tutulması üçün Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən qərar qəbul edilib.
Qərarın icrasını təmin etmək üçün hazırda saxlanılan şəxslər öz ölkələrinə qaytarılmaq məqsədi ilə Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib”, – məlumatda deyilir.