This is a specific ad

Berlin konfransında Marneuli və Saqareco bələdiyyəsinin nümayəndələri iştirak ediblər

57

Another advertisement

Avropanın Festival Şəhərləri Platformasının dəvəti ilə, Berlin konfransında Marneuli və Saqareco Munisipalitetlərinin nümayəndələri iştirak ediblər.

Rəsmi səfər çərçivəsində, Munisipalitetlərin nümayəndə heyətləri “Mədəniyyət, şərab və texnoloji şəhərlər” adlı yeni ümumi platformanın təqdimatını, həmçinin müxtəlif ölkələrin festival şəhərlərinin merləri və nümayəndələri ilə işgüzar görüşlər keçiriblər.

Birgə platformanın məqsədi Marneuli və Saqareco Munisipalitetlərini beynəlxalq miqyasda tanıtmaq, eyni zamanda – mədəniyyət, turizm və iqtisadi istiqamətlərin inkişafı, qrantların cəlb edilməsi və Avropa festival şəhərləri ilə əməkdaşlıq etməkdir.

Berlin konfransında işgüzar səfərdə: Marneuli merinin birinci müavini Roin Dekanoidze, mer müavini Temur Şubitidze, Sakrebulonun üzvü: “Gürcü arzusu” fraksiyasının sədri Besik Qelenidze, Marneuli Munisipalitetinin Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili, Marneuli Meriyasının struktur bölmələrinin rəhbərləri, həmçinin, Saqareco Munisipalitetinin meri Avtandil Qulikaşvili, Saqareco Sakrebulosunun sədri Aleksi Qilaşvili və Saqareco Meriyasının struktur bölməsinin rəhbərləri olublar.

Qeyd edək ki, konfrans çərçivəsində nümayəndə heyətləri Avropa Parlamentinin sədri Roberta Metsolanın çıxışında iştirak ediblər.Xatırladırıq ki, Marneuli və Saqareco 2023-cü ilin may ayından etibarən üzvləri – Belqrad, Edinburq, Krakov, Lyublyana, Cirona və digər şəhərlər olan Avropa Festival Şəhərləri platformasına qoşulub.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ბერლინის კონფერენციაში, მარნეულისა და საგარეჯოს მუნიციპალიტეტების წარმომადგენლებმა მიიღეს მონაწილეობა
Öncəki yazı
Keşəlidə 29 yaşlı gənci öldürən şəxs həbs edilib