This is a specific ad

Bərdə rayonunda “Qazilərin psixoloji reabilitasiyasına dəstək olaq” adlı tədbir keçirilib

38

Another advertisement

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda cəsurluqla döyüşərək yaralanıb sağlamılığını itirən qazi və müharibə veteranlarının 15-16 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə qrant layihəsi çərçivəsində Bərdə rayonunda “Qazilərimizə psixoloji reabilitasiyasina dəstək olaq” tədbiri həyata keçirilib.

QafqazTürk.com xəbər verir ki, tədbirdə Bərdə rayonu icra nümayəndəsi, psixoloq, rayon ziyalıları, şəhid ailələri, birinci və ikinci Qarabağ müharibəsinin qaziləri, müharibə veteranları və jurnalistlər iştirak etdilər.

Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərin xatirəsi ehtiramla yad edildi.

Sonra “VƏTƏN NAMİNƏ” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə xanım çıxış edərək bildirdi ki, məqsəd şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına mənəvi, psixoloji və onların problemləri həlli istiqamətində dəstək olmaqdır. Tədbirdə çıxış edənlər hər biri öz çıxışlarında bu kimi tədbirlərin mütamadi keçriliməsinə ümidvar olduqlarını bildirdilər.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ირანში ქალებს 10 წლამდე პატიმრობა ემუქრებათ ჰიჯაბის ტარებაზე უარისთვის
Öncəki yazı
Hakan Fidan yaxın günlərdə Rusiyaya gedə bilər