Another advertisement
Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, “Böyük yeddilik” Putini məqsədlərinə çatmayacağına inandırmalıdır.
“Biz Putinə gücümüzü göstərməliyik ki, o öz məqsədlərinə çata bilməsin. Keçən il G7 Rusiyanın təcavüzünə müqavimət göstərdi. G7 ölkələri qışda ukraynalılara kömək etdi, Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və neftin qiymətinə qarşı məhdudiyyətlər qoydu”, – Almaniyanın xarici işlər naziri bildirib.
Berbokun sözlərinə görə, G7-nin dəstəyi ilə Ukrayna enerji müharibəsinə və Rusiyanın qış hücumuna tab gətirdi.