This is a specific ad

Benyamin Netanyahunun evinə pilotsuz təyyarə hücumu edilib

212

Another advertisement

“Hizbullah” Benyamin Netanyahunun evinə pilotsuz təyyarə ilə hücum edib, insident nəticəsində xəsarət alan olmayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

İsrail baş nazirinin ofisindən verilən məlumata görə, Livandan atılan pilotsuz təyyarənin hədəfi baş nazirin şəxsi evi olub. Benyamin Netanyahu və həyat yoldaşı hadisə zamanı evdə olmayıblar.

İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, baş nazirin evini vuran pilotsuz təyyarə Livandan atılan üç pilotsuz təyyarədən biri olub, digər ikisi isə hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Hadisədən sonra Benyamin Netanyahu sosial şəbəkədə “onu heç nəyin dayandıra bilməyəcəyini və İsrailin bu müharibədə qalib gələcəyini” qeyd edən video yayımlayıb.

“Bildiyiniz kimi, iki gün əvvəl biz kütləvi qatil Yəhya Sinvarı aradan qaldırdıq, əvvəl dediyim kimi, biz ekzistensial müharibədəyik və bunu sona qədər davam etdirəcəyik”, – deyə Benyamin Netanyahu bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Məsafəni 4 dəqiqəyə qət edəcək kanat yolunun açılış mərasimi baş tutub
Öncəki yazı
Türkiyədən dünyada bir ilk – Foto