İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona gedəcək və orada ABŞ prezidenti Donald Trampla görüşəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onların sözlərinə görə, görüş bazar ertəsi Ağ Evdə baş tutacaq və liderlər tariflər və digər məsələləri müzakirə edəcəklər.
Netanyahu ABŞ-ın qlobal tariflər tətbiq etməsindən sonra Donald Trampla görüşən ilk lider olacaq.
İsrailə gəlincə, Donald Tramp tarifləri açıqlamadan əvvəl İsrail ABŞ-dan idxal edilən mallara tarifləri ləğv etsə də, Tramp administrasiyası ölkədən idxal edilən mallara 17% rüsum tətbiq edib.