İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.
KİV-in məlumatına görə, Benyamin Netanyahu bu barədə Ağ Evdə verilən şam yeməyində ABŞ prezidentinə oxuması üçün namizədlik məktubu təqdim edib.
“Donald Tramp ölkədən ölkəyə və bölgədən bölgəyə sülh qurur”, – İsrail lideri bildirib.