Benyamin Netanyahu bildirib ki, İsrail öz məqsədlərinə nail olmağa və həm İranda, həm də Qəzzada tam gücü ilə fəaliyyət göstərməyə davam edəcək.
İsrailin baş naziri İranın nüvə obyektlərinin bombalanmasına görə ABŞ prezidenti Donald Trampa bir daha təşəkkür edib və hava zərbələrinin Fordo nüvə obyektinə xeyli ziyan vurduğunu qeyd edib.
Onun sözlərinə görə, İsrail İranda öz məqsədlərinə çatmağa – İranın ballistik raketləri və nüvə proqramından gələn təhdidləri neytrallaşdırmağa çox yaxındır, lakin hərbi kampaniyanı vaxtından əvvəl dayandırmayacaq.
Bundan əlavə, Netanyahu qeyd edib ki, İsrailin İranda 400 kiloqram 60% zənginləşdirilmiş uranın yeri barədə məlumatı var, ancaq o, təfərrüatları dəqiqləşdirməyib.