Another advertisement
İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin onun və keçmiş müdafiə naziri Yoav Qalanti haqqında həbs qərarı çıxarmasını pisləyib.
“İsrail Beynəlxalq Cinayət Məhkəməsinin qərarının qanuniliyini tanımır”, – Netanyahu bildirib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu, keçmiş müdafiə naziri Yoav Qalanti və HƏMAS lideri İbrahim əl-Məsrinin həbsinə order verib. Məhkəmə hakimləri bildiriblər ki, onların İsraillə HƏMAS arasında müharibə zamanı törədilmiş cinayətlərə görə cinayət məsuliyyəti daşıdıqlarına inanmaq üçün “ağıllı əsaslar” var.