This is a specific ad

Belqradda məktəbdə 14 yaşlı şagird 9 nəfəri qətlə yetirib

18

Another advertisement

Serbiyanın paytaxtı Belqradda məktəbdə 14 yaşlı şagird 9 nəfəri qətlə yetirib

Gürcüstanın Xarici İşlər Nazirliyi Serbiyada, Belqrad məktəbində atışma nəticəsində həlak olanların ailələrinə və dostlarına başsağlığı verir. Müvafiq bəyanat nazirlik tərəfindən “Twitter” sosial şəbəkəsində dərc olunub. Hücumla əlaqədar Serbiyada üç günlük matəm elan edilib.

“Belqraddan məktəbdə baş vermiş atışma ilə bağlı dəhşətli xəbər gəldi. Bu dəhşətli hadisə nəticəsində həlak olanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların hamısının tezliklə sağalmasını arzulayırıq” -deyə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, dünən səhər saatlarında Serbiyanın paytaxtında məktəblərdən birində 14 yaşlı şagird atəş açıb. Səkkiz uşaq və bir mühafizəçi həlak olub. Altı şagird və bir müəllim də yaralanıb.

Səkkiz şagirdi və məktəb mühafizəçisini öldürməkdə ittiham olunan yeniyetmə psixiatrik klinikaya yerləşdiriləcək. Bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

İnsanlar həlak olanların xatirəsini ehtiramla yad etmək üçün məktəbin qarşısına toplaşıblar. Şamlar yandırılıb, gül və xatirə yazıları qoyulub. Silahla bağlı qanunların sərt olduğu və kütləvi atışmaların nadirən görüldüyü bu Balkan ölkəsində üç günlük matəm elan edilib.

Adının baş hərfləri K.K. olan yeddinci sinif şagirdinin atasına məxsus odlu silahdan məktəbə bir neçə dəfə atəş açdığı bildirilir. O elə hadisə yerindəcə tutulub.

Sonrakı yazı
Zelenski: Biz Moskvaya və ya Putinə hücum etmirik, biz öz ərazimizdə döyüşürük
Öncəki yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?