Another advertisement
Avqustun 19-dan Ukrayna sərhədinə yaxın bir neçə yaşayış məntəqəsinin sakinlərinin köçürülməsinə başlanılacağını və ora girişin qadağan ediləcəyini açıqlayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlama verib.
Onun açıqlamasına görə, Qreyvoronski rayonundakı Novostroyevka Vtoraya, Sovxoznı, Dobropolye, Kazaçok və Valuiski rayonundakı Novopetrovka kəndindən əhalinin köçürülməsinə başlanacaq.
Qladkov Krasnoyaruz vilayətinin Kolotilovka kəndinin girişinin bağlandığını da açıqlayıb.
Xatırladaq ki, Ukrayna avqustun 6-dan Rusiyanın Kursk və Belqorod vilayətlərinə hücum edir, ukraynalılar artıq Kursk vilayətində onlarla yaşayış məntəqəsinə nəzarət edirlər.