This is a specific ad

Belarusda prezident seçkiləri baş tutmuş hesab edilib

24

Another advertisement

Belarusda prezident seçkilərində seçicilərin 50%-dən çoxu səs verib. Belarus Respublikasının qanunlarına əsasən, səsvermədə qeydə alınmış seçicilərin yarıdan çoxu iştirak etdikdə seçki baş tutmuş sayılır.

QafqazTürk Media xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının sədr müavini Aleksey Başan məlumat verib.

Son məlumata görə, seçici fəallığı 56,64% təşkil edib:

Minsk şəhəri – 51,29%, Brest vilayəti – 61,34%, Vitebsk vilayəti – 54,40%, Qomel vilayəti – 62,84%, Qrodno vilayəti – 54,96%, Mogilev vilayəti – 58,71%, Minsk vilayəti – 54,27% .

Mərkəzi Seçki Komissiyasının sədr müavini seçici fəallığının yüksək olduğunu vurğulayaraq, son iki saat ərzində seçicilərin 9 faizinin səs verdiyini diqqətə çatdırıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanın baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinə gedib
Öncəki yazı
Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi iş başındadır