Another advertisement
Belarusda prezident seçkiləri yanvarın 26-da keçiriləcək. Hazırkı prezident Aleksandr Lukaşenko onuncu beşillik müddətinə yenidən namizəd olacaq. Vətəndaşlar beş namizəd arasından seçim etməli olacaqlar.
70 yaşlı Lukaşenko ölkəyə 1994-cü ildən rəhbərlik edir. 2020-ci il seçkilərindən sonra keçirilən kütləvi etirazlar ölkədə geniş iğtişaşlara səbəb olsa da, etirazlar dağıdılıb.
Qərb ölkələri – ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanada Lukaşenkonun prezident seçilməsini legitim saymadılar.
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, hazırda ölkədə təxminən 1250 siyasi məhbus var, Lukaşenko isə bu iddianı rədd edir.