Belarus prezidenti Aleksandr Lukaşenko tələbələrlə görüşü zamanı Belarusun hansı hallarda nüvə silahından istifadə edə biləcəyini açıqlayıb.
Lukaşenko deyir ki, qırmızı xətt Belarusun dövlət sərhədidir.
“Belarusa hücum Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir. Bu yaxınlarda Vladimir Putin nüvə doktrinasının dəyişdirildiyini söylədi. Rusiyaya və Belarusa hücum olarsa, biz nüvə silahından istifadə edirik. Müəyyən sərhədlər və çərçivələr var, biz ukraynalılarla razılaşmalıyıq, bu müharibəni dayandırmalıyıq”, – deyə Lukaşenko bildirib.
Xatırladaq ki, Putin sentyabrın 25-də Rusiyanın təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özündə saxladığını bildirmişdi.
Buna cavab olaraq Aİ Putinin nüvə silahı olmayan ölkələrə qarşı nüvə silahından istifadəsi ilə bağlı yeni təhdidinin məsuliyyətsiz olduğunu və Aİ-nin Ukraynaya dəstək mövqeyini dəyişməyəcəyini bildirib.