This is a specific ad

Belə yemiş heç kim yeməmiş…

293

Another advertisement

Bir yemiş düşünün hansı ki, sizin üçün kilometrlər aşsın, bütün çətinliklərə rəğmən sonunda sizə qovuşsun.

Bəli, bəli düz eşitdiniz.

Həmişə insana çatmaq üçün ardınca qaçmalı, çabalamalı deyilik ki.

Bəzən belə də olur.

Fərhad necə Şirini üçün dağları yarmışdısa, Məcnun necə Leylisi üçün çöllərə düşmüşdüsə, Türkmən yemişi də məni elə çöllərə saldı.

Ehh, insanoğlu, ehh.

Qarın qardaşdan irəlidir deyə boşuna deməyiblər ki.

Deməli bir telefon zəngi ilə mənim yemiş macəram başladı.

Eşitdim yemiş gəlib aeroportda məni gözləyir.

Mən də düşdüm yollara ki, Tbilisi aeroportunda yemişi qarşılayım. Yemiş də buraları yadırğamasın.

Az getdim, üz getdim, dərə-təpə düz getdim…

Getdim çatdım aeroporta.

Ehh, nə gəzir yemiş.

Bizi bir-birimizdən ayrı saldılar, amma mən vaz keçərəmmi?!

Əlbəttə, yox.

Görüşəcəyim adama zəng etdim, o da bütün məsələni səhv anlamış, gəl indi dərdini anlat…

Başa saldım, nömrə verdi, o nömrə ilə əlaqə saxladım.

O da bir başqasına yönləndirdi.

Dedi yemişi bir nəfərə verəcəm, o sizə çatdırsın.

Həmin insanla da danışdım, yemişlər onunla birgə Kutaisiyə də getdilər.

Nəhayət ki, səhərisi sonunda gəlib mənə çatdı, həsrət sona yetdi…

Xoşxasiyyətə sahib, mehriban bir kişi gətirib yemişi mənə təhvil verdi.

Yemiş yemiş olandan bu yana belə səyahət görüb, belə əzizlənməmişdi.

Əsas odur ki, məqsədə çatıldı və dadlı idi.

Bununla da qalmadı, yemişi Marneulimizə, bizim ofisə gətirdim.

Burada mehriban bir şəkildə həm GAK, həm də QafqazTürk Media ailəsi olaraq yemişin dadına baxdıq.

Həyatdır da, məqsədə çatmaq həmişə asan olmur ki.

Mühüm olan nəticədir ki, sonu da xoş bitdi…

Ağlımızda isə unudulmaz bir xatirə olaraq qaldı.

 

 

 

 

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
Ölkədə parlament seçkilərində neçə azərbaycanlı mübarizə aparacaq?
Öncəki yazı
Britaniya Gürcüstanla dialoqu dayandırıb