This is a specific ad

Beka Dzamaşvili Azərbaycanın ədliyyə nazirinin müavini Mirsaleh Seyidovla görüşüb

59

Another advertisement

Beka Dzamaşvili Azərbaycanın ədliyyə nazirinin müavini Mirsaleh Seyidovla görüşüb.

Görüş Tbilisidə Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə keçirilən yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində baş tutub.

Ədliyyə nazirinin müavini azərbaycanlı həmkarı ilə söhbətində qeyd edib ki, konfransın sonuncu günü, noyabrın 3-də Penitensiar Xidmət əməkdaşlarının davamlı təlim keçməsi məqsədilə Ədliyyə Tədris Mərkəzinin Saakadze adına təlim-tədris bazasının açılışı olacaq.

Görüşün sonunda tərəflər penitensiar sistemdə reabilitasiya-resosiallaşdırma layihələrinin həyata keçirilməsi baxımından təcrübə mübadiləsinin və gələcək əməkdaşlığın olduqca vacib olduğunu və Tbilisidə keçirilən üç günlük yüksək səviyyəli beynəlxalq konfransın buna böyük kömək edəcəyini qeyd ediblər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gənc güləşçilər Ermənistanın beynəlxalq turnirində doqquz medal qazanıblar
Öncəki yazı
Tsxinvalidə Rusiya prezidenti Vladimir Putinin heykəli ucaldılıb