BBC – ABŞ Sahil Mühafizəsi itmiş Alyaska təyyarəsinin qalıqları arasında üç cəsəd tapıb

88

ABŞ Sahil Mühafizəsi Alyaskada yoxa çıxan təyyarənin qalıqları arasında 3 cəsəd tapıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

ABŞ Sahil Mühafizəsi təyyarənin qalıqlarının Nome şəhərindən 34 mil cənub-şərqdə tapıldığını bildirib.

Xilasedicilər təyyarənin qalıqları arasında 3 cəsədin tapıldığını təsdiqləyib və qalan 7 nəfərin cəsədinin hələ də təyyarədə olması ehtimalını qeyd ediblər.

Məlumat üçün bildirək ki, göyərtəsində 10 nəfər olan Bering Air təyyarəsi cümə axşamı Alyaskada radarlardan itib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Etirazların 73-cü günündə, fevralın 8-də Tbilisidə və regionlarda mitinqlər keçiriləcək
Öncəki yazı
Litva, Estoniya və Latviya öz enerji sistemlərini Rusiyanın elektrik şəbəkəsindən ayırıblar