• 10 Mart 2025 11:08

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Bayramınız mübarək, əziz xanımlar!

ByTürkan Şahverdova

Mar 8, 2025
Another advertisement

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür!

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, bu gözəl bayram münasibətilə ölkəmizin tərəqqisində danılmaz payı, cəmiyyətimizin mənəvi və etibarlı dayağı olan qadınlarımızı ürəkdən təbrik edirik! Hamısına cansağlığı, səadət və işlərində uğurlar arzulayırıq!

Biz qadınlarımıza hər zaman ehtiram bəsləyirik. Onların ana haqqını, bacı haqqını, ömür-gün yoldaşı haqqını uca tuturuq.

Müqəddəs ailə dəyərlərimizə, milli-mənəvi dəyərlərimizə dərin sədaqət bəsləyən, yaşından asılı olmayaraq, bütün qadınlarımızı ürəkdən təbrik edirik!

Biz, həmçinin kollektivimizdə çalışan, fəaliyyətlərində gücünü, bacarığını əsirgəməyən xanımlarımızı da ayrıca təbrik edirik!

Bu gözəl bayramda qadınların hər birini bir daha salamlayır və təbrik edir, yaz havası, zəriflik, saf sevgi, xoş ovqat diləyirik!

Bayramınız mübarək, əziz xanımlar!