Bayramın mübarək, Türkiyə!
Bu gün- noyabrın 24-də qardaş Türkiyədə Müəllimlər Günü bayram edilir.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına imkan yaradan belə bir gündə qardaş Türkiyənin bütün müəllimlərini, o cümlədən də mehriban dostluq əlaqələrimiz olan Qars Qafqaz Universitetinin müəllim heyətini ürəkdən təbrik edir və işlərində uğurlar diləyirik!
Xatırladırıq ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bərabər, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər Günü” qeyd edilir.
Bu gün qardaş Türkiyədə bayram edilən Müəllimlər Günü 24 noyabr 1928-ci il tarixində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Millet Mektepleri’nin Başöğretmenliği”ni qəbul etdiyi gündür.
Həm də, 24 noyabr, sadəcə Öğretmenler Günü olaraq anılmır, bu gün eyni zamanda ən böyük öyrətmən-müəllim Atatürkün ideallarının gerçəkləşdiyi gündür.
Bayramın mübarək, Türkiyə!