Bayramın mübarək, Türkiyə!
29 Oktyabr – qardaş Türkiyədə Respublika Günüdür.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, Respublika Günü münasibətilə qardaş Türkiyə xalqına həm öz adımızdan və həm də soydaşlarımız adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetiririk!
Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyə Respublikasının bütün uğurları və ölkəmizlə mehriban qonşuluq və dostluq əlaqələri bizi öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Gürcüstan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından fərəh hissi duyuruq. Dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə veir.
Qardaş Türkiyə Respublikasına və xalqına daim əmin- amanlıq, rifah və firavanlıq arzulayırəq!