Bayramın mübarək, əziz Azərbaycan!
Bu gün sentyabrın 20-də Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür. Biz, Gürcüstan Azərbaycanıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarını, Azərbaycan dövlətini bu tarixi bayram münasibətilə təbrik edirik!
Xatırladırıq ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan torpaqlarından çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Bu Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkənin bütün ərazilərində əzəmətlə dalğalanmaqdadır. Suverenlik Azərbaycan xalqının milli sərvətidir.
Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi bir daha Azərbaycanın yeni təsis olunmuş, lakin əbədilik qədər çəkəcək bayramını alqışlayır! Bayramın mübarək, əziz Azərbaycan!