Another advertisement
Bayden və Tramp çərşənbə günü, noyabrın 13-də Ağ Evdə görüşəcəklər.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
“Prezident Baydenin dəvəti ilə Bayden və yeni seçilmiş prezident Tramp çərşənbə günü saat 11:00-da Oval kabinetdə görüş keçirəcəklər. Gələcəkdə əlavə təfərrüatları açıqlayacağıq”, – məlumatda deyilir.
Amerika siyasətindən gedən prezidentlə gələcək prezident arasında görüşlər ənənəvi hesab olunur.
Məlumat üçün bildirək ki, 2020-ci ildə Donald Tramp prezident seçkilərində uduzduğu Co Baydeni dəvət etməyib.
Onu da qeyd edək ki, Co Bayden noyabrın 7-də çıxışında hakimiyyətin Donald Trampın gələcək administrasiyasına sülh yolu ilə ötürülməsinin vacibliyini qeyd edib və buna şərait yaradacağını vəd edib.