This is a specific ad

Baydar kəndində evini gülləbaran edən şəxslər həbs edilib

621

Another advertisement

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfəri: 2001-ci il təvəllüdlü S.A. və 2006-cı il təvəllüdlü İ.X vətəndaşlardan külli miqdarda pul tələb etməkdə bir qrup şəxsə köməklik göstərməkdə şübhəli bilinərək həbs ediliblər.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 25-181, 236 və 187-ci maddələri ilə istintaq aparılır.

“Cari il oktyabrın 22-də Marneuli bələdiyyəsinin kəndlərindən birində yaşayan vətəndaşın hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə həyətyanı sahəsinə əl qumbarası atılıb.

İstintaq müəyyən edib ki, qeyd olunan faktdan əvvəl xaricdə yaşayan şəxslər zərərçəkmiş şəxslə əlaqə saxlayıb, onu öldürmək və əmlakını dağıdacaqları hədəsi ilə külli miqdarda pul tələb ediblər.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda deyilir.

Sonrakı yazı
ფაშინიანი რუსეთში BRICS-ის სამიტზე ჩავიდა
Öncəki yazı
პაციენტების სამედიცინო სერვისებზე წვდომა უმჯობესდება, მათ ექნებათ არჩევანის შესაძლებლობა, განაგრძონ საყოველთაო ჯანდაცვის პროგრამით გათვალისწინებული მომსახურებით სარგებლობა ან ისარგებლონ ე.წ. თანაგადახდის ახალი მექანიზმით, საყოველთაო ჯანდაცვის პროგრამიდან გასვლის გარეშე – ირაკლი კობახიძე